Yazını böyüt
Yazını kiçilt
“Levada” Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Rusiyada “Vaqner”in yaradıcısı və rəhbəri olmuş Yevgeni Priqojinin ölüm səbəbi ilə bağlı müxtəlif fikirlər var.
Hafta.az-ın yazdığına görə, respondentlərin 26 faizi bunun “faciəli qəza” olduğuna inandığı halda, 20 faizi “hakimiyyət iyun iğtişaşına görə qisas aldı” versiyasını səsləndirib.
İctimaiyyətin 16 faizi Priqojinin özünün fəlakət ssenarisi hazırladığına, əslində isə sağ olduğuna əmin olduğunu bildirib.
Sorğuya qatılanların 14 faizinin fikrincə, ölüm hadisəsinin arxasında xarici kəşfiyyat orqanları dayanır.