Rusiya ərazisindəki görüşlər heç vaxt Azərbaycanın xeyrinə olmayıb - Elxan Şahinoğlu

13:05 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Azərbaycanla –Erənistan arasında aparılan danışıqlarda da əsas vasitəçi olaraq irəli sürdüyü təklif və təşəbbüsləri birmənalı qarşılanmır.

Politoloq Elxan Şahinoğlu hafta.az-a açıqlamasında ilk növbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edilməsinə diqət çəkib. Onun sözlərinə görə, Lavrov bu barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib:

“Rusiya 2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib. Halbuki, Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi. Ermənistan torpaqlarımızı işğal etdiyi 27 ildə Alma-Ata bəyannaməsini xatırlamırdı, baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı”.

E.Şahinoğlu Alma-ata bəyannaməinə əməl etməyən Rusiyanın və Paşinyan hökumətinin ikibaşlı oyunlar oynamasına işarə edir. E.Şahinoğlu Kremlin mətbuat katibi Dmitri Peskovun “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirməsini də təsadüfi saymayıb:

“Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. İl ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub. Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb”.

Oxunma sayı 1637
Siyasət rubrikasından digər xəbərlər