Rusiya fevralda Ukraynanın 234 kvadratkilometr yeni ərazisini ələ keçirib

09:15 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin fevralında Rusiya Ukrayna ərazisinin cəmi 0,04 faizindən az əraziləri ələ keçirə bilib.

Hafta.az-ın yazdığına görə, bu barədə "Business Insider" hərbi analitiklərə istinadən yazır. Nəşrə görə, Amerika Müharibə Tədqiqat İnstitutu hesablayıb ki, işğal ayı ərzində Rusiya təxminən 234 kvadratkilometr ərazini ələ keçirib, bu da Ukrayna ərazisinin 0,039 faizinə bərabərdir.

Eyni zamanda, "Business Insider" xəbər verir ki, "War Mapper" monitorinq qrupunun məlumatına görə, Rusiya Federasiyası fevralda ələ keçirdiyi ərazilərin sahəsini 85 kvadratkilometr artıra bilib. Bu da Ukrayna ərazisinin təxminən 0,01 faizi deməkdir.

"Hər iki rəqəm kifayət qədər kiçikdir və onların fərqinin səbəbi əhəmiyyətsiz səhv hesablama ola bilər. Bütün hallarda, hər iki fakt Rusiyanın məhdud əraziləri işğal etdiyini dəqiq əks etdirir. Rusiya bu kiçik torpaq sahəsini yüzlərlə hərbi texnika və minlərlə əsgərinin həyatı bahasına alıb”, - nəşr yazır.

Siyasət rubrikasından digər xəbərlər