Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır - Lavrov

16:28 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya noyabrın 1-dən NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq.

Hafta.az-ın məlumatına görə, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O, bu qərarın NATO-nun addımlarına cavab olaraq qəbul edildiyini bildirib. Onun sözlərinə görə, NATO Rusiyanın cavab addımları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləvğ etmiş və Rusiya üçün akkreditasiya sayını 10 nəfərədək azaltmışdı.

Oxunma sayı 18