Rusiya sülhməramlıları Azərbaycanın səbrini daşdırıb - Ekspert

20:06 12.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan mülki missiyasına qarşı ermənilərin və sülhməramlıların son aqressiv davranışlarını Rusiya sülhməramlıları və separatçı rejimin yürütdüyü yol xəritəsinin sonun başlanğıcı adlandırıram. Bundan sonrakı mərhələdə atacağımız addımların həcmi və sərtliyi artaraq gedəcək. Narahat olan tərəf Ermənistan olmalıdır”.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev Laçın-Şuşa yolunda ermənilərin Azərbaycan monitorinq qrupunun qarşısını kəsməsi və eləcə də Rusiya sülhməramlılarının monitorinqlə bağlı razılaşmaya əməl etməyərək Azərbaycan ekoloqlarına monitorinq aparmalarına şərait yaratmaması və Azərbaycan QHT-lrinə, KİV-ə qarşı aqressiya nümayişinə qarşı baş verən etiraz aksiyasının regionda doğurduğu real vəziyətə diqqət çəkərkən bildirib.

Ekspert bildirib ki, baş verənlər gözlənilən idi. Çünki Rusiya sülhməramlıları ilə erməni separatçıları Azərbaycan ekoloqlarının ərazilərimizdə yeraltı mədənlərin istismarı ilə bağlı aparmaq istədiyi, razılaşdırılan monitorinqə şərait yaratmadı və bununla da belə bir aksiyanın baş verməsinə yol açdılar.

“Bu gün Laçın yolunda keçirilən aksiya Ermənistan tərəfə, xüsusən də separatçıların rəhbərlərinə bizim heyyətin mədənlərin girişində dayandırılmasına qarşı atacağımız addımların bir nümunəsidir. Sülhməramllılara da eyni zamanda mesajımız ondan ibarətdir ki, onlar Laçın karidorunun istifadəsi üzərində istədiyi kimi davrana bilməzlər. Yəni Rusiya sülhməramlılarının Laçın yolu üzərində fəaliyyətsizliyi Azərbaycanın səbrini daşdırıb. Ona görə də bu gün ermənilər, sülhməramlılar Azərbaycan tərəfindən atılacaq addımlara hazır olmalıdırlar.

Bu günə qədər əgər Laçın karidoru üçtərəfli bəyanata əsasən humanitar karidor kimi ermənilərin istifadəsinə saxlanılmışdısa, əksinə onlar Laçın karidorunda humanitar məqsədlərin xaricində qeyri -qanuni nə var idisə onun üçün istifadə elədilər. Yəni qeyri-qanuni silah sursat daşımaları, 2020-ci ildən sonra minaların ərazilərimizə yerləşdirilməsi, sonunci İran terrorçularının bölgəyə gəlib - getməsi, bütün bunların hamısı erməni separatçılarının dəstəklənməsi yönündə Rusiya sülhməramlılarının fəaliyyətsizliyi, gəldiyi yolun sonudur.

Yaranmış vəziyyət onu göstərir ki, bundan sonra Azərbaycan tərəfi Laçın karidoru üzərindəki nəzarəti üzərinə götürmək hüququndan istifadə edib və bundan sonra da bu missiyaya davam edəcək. Onun fikrincə, Laçın yolunda baş verənlər Rusiya və Ermənistan siyasi rəhbərliyinə ciddi mesajdır.

“Mülki missiyaya qarşı atılan addımlara verilən cavab keçirilən etiraz aksiyasi oldu. Aqressiv addımlar atacaqlarsa, Azərbaycanın atacağı addımlar bizim sərt gücümzdür. Rejim tərəfindən bizim ərazilərimizə daxil olmağımıza qadağalar tətbiq olunur, sülhməramlılar özlərinin bildiyi kimi davranırlar. Lakin onıar indiki mərhələdə mülki missiyamızla görüşlərdə özlərinə çəki -düzən verməlidirlər. Əks halda növbəti addımlarımız ya bayraqdar pilotsuz uçuş aparatlarımız, ya da haroplarla həyata keçiriləcək. Yəni biz regionda istənilən halda dinc sülh sazişinə getmə yönündə addımlara əl atırıqsa, buna adekvat cavab verilməlidir. Əks təqdirdə erməni separatçılar sülhməramlıların vasitəsi ilə qeyri-adekvat, silahla davranma yolu ilə mülki missiyanın qarşısına keçəcəklərsə, Azərbaycan buna “Fərrux əməliyyatı” təcrübəsi ilə cavab verəcək”.

Siyasət rubrikasından digər xəbərlər