Rusiyada siqaret yenidən bahalaşıb

09:15 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, artıq martın 1-dən Rusiyada tütün məmulatları üçün xüsusi istehlak vergilərində 2 faiz artım qüvvəyə minib.

Hafta.az-ın yazdığına görə, siqaretin ən aşağı pərakəndə satış qiyməti də 119 rubla yüksəlib. Belə ki, martın 1-dən 1000 ədəd siqaret üçün xüsusi istehlak vergisi 2600 rubla qədər artıb.

Səlahiyyətlilər qiymət artımından sonra qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların müəyyənləşdirilməsinin asanlaşacağını proqnozlaşdırsa da, bəzi ekspertlər əks təsirlə qaçaqmalçı siqaretlərin geniş yayılacağını bildirirlər.

Rusiyada tütün məmulatlarının xüsusi istehlak vergilərindəki payı 2010-2022-ci illərdə yüzdə 65 ilə birinci yerdədir. Bu göstərici benzində 27 faiz, spirtli içkilərdə isə 4 faiz təşkil edir.

Qeyd edək ki, Rusiyada siqaret vergilərinin dövlət büdcəsinə illik töhfəsi 600 milyard rubl civarındadır.