Rusiyanın bir neçə il əvvəl böyük ümidlərlə turizm sahəsində başlatdığı layihələr Ukraynada apardığı müharibə səbəbindən dayanıb. Tur Operatorları Assosiasiyası - ATOR 2022-ci ildə ölkəyə gələn xarici turistlərin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə cəmi 4 faiz olduğunu açıqlayıb.
Hafta.az-ın FSB-nin məlumatlarına istinadən yazdığına görə, 2022-ci ildə ölkəyə gələn əcnəbi turistlərin sayı 200 mindən bir az çox olub. Hansı ki, Rusiya pandemiyadan əvvəl - 2019-cu ildə 5 milyondan çox turisti qəbul edib.
ATOR rəsmiləri azalmanı Avropa ölkələri ilə hava nəqliyyatının dayandırılması, həmçinin turistlərin Rusiyada "Visa" və "Mastercard" kimi kartlarından istifadə edə bilməməsi ilə izah edir.
2022-ci ildə alman turistlər 25400 nəfərlə Rusiyaya ən çox səfər ediblər. 22600 turist vizası ilə türklər ikinci, 14600 ziyarətçi ilə iranlılar üçüncü yerdədir. "Covid" məhdudiyyətlərinin davam etdiyi Çindən 2022-ci ildə Rusiyaya səfərə gələnlərin sayı isə 842-də qalıb.
Mütəxəssislər qeyd edirlər ki, turist vizası almaq daha asan olduğundan, əksər əcnəbilər bu vizaya iş və ya qohumlarını ziyarət etmək üçün müraciət edirlər.
Rusiyaya gələn xarici turistlərin sayı 25 DƏFƏ AZALIB
12:30 10.02.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər