Rusiyada aparılan araşdırmada ictimaiyyətin mühacirlərə baxışı diqqətlə araşdırılıb. Rusiya Rəy Araşdırma Mərkəzinin (VTsiOM) sorğusuna əsasən, əhalinin 47 faizi ölkədə əmək miqrasiyasının müsbət olduğunu düşünür.
Hafta.az-ın yazdığına görə, bu göstərici 2008-ci ildə 21 faiz, 2013-cü ildə isə 14 faiz olub.
Sorğunun nəticələrinə görə, bu gün Rusiyada əmək miqrasiyasının əleyhinə olanların nisbəti 40 faizdir. Hansı ki, 2013-cü ildə Rusiya vətəndaşlarının 74 faizi əmək miqrantlarının ölkəyə gəlməsini istəmədiyini bildirmişdi.
Bu gün böyük şəhərlərdə əhalinin 50 faizi, kənd yerlərində isə 47 faizi ölkənin əmək miqrasiyasını dəstəkləyir.
18-24 yaş qrupunun 61 faizi, 25-34 yaş qrupunun isə 56 faizi əmək miqrasiyasına həvəslə cəlb olunub. 45-59 yaş qrupunda bu nisbət yüzdə 51-dir.
Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 39 faizi son illər ölkədə müxtəlif millətlərin nümayəndələri arasında gərginliyin artdığını düşünür.