Sabah Bakı-Bakıxanov marşrutu üzrə elektrik qatarları işləməyəcək

12:24 26.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən hafta.az-a verilən məlumata görə, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.