Sabah Şuşa, Kəlbəcər və Laçında hava şaxtalı olacaq

18:21 18.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 19-da Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2°-yə yaxın şaxta olacağı proqnozlaşdırılır.