Sabunçuda 5 otaqlı ev yanıb

13:28 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən hafta.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.