Şağandakı Reabilitasiya Pansionatı bu ilin sonunadək istifadəyə veriləcək

10:22 14.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Bu barədə hafta.az-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

“Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq”, - nazirlikdən bildirilib.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.