Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbuluna başlanılır

15:33 03.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 4-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu prosesi aprelin 11-dək davam edəcək.

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.