Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb

17:29 19.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.