Salyanda ikimərtəbəli ev yanıb

23:00 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunda ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.