Yazını böyüt
Yazını kiçilt
Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 100 kvadratmetr olan evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, nəticədə birmərtəbəli ev yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.