Şamaxı rayonunun Saqiyan kəndinin adı dəyişdirilir

17:37 11.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması təklif olunur.

Hafta.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan  kəndinin Günəşli kəndi adlandırılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələri Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 14-də keçiriləcək onlayn iclasının gündəliyinə daxil edilib.