Şamaxıda ölümlə nəticələnən yol qəzası olub

15:39 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 28-də saat 18 radələrində Şamaxı rayonunun Şirvan kəndi ərazisində Bakı şəhər sakini Elvin Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarıdakı dirəyə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.