Şamaxıda zəlzələ olub

17:14 16.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə- Şamaxı rayonunda maqnitudası 3,9 bal olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.