Yazını böyüt
Yazını kiçilt
Şəmkir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə rayonun Qədimqala kəndində, istixana ərazisində qeydə alınıb. Nəticədə ümumi sahəsi 12 kvadratmetr olan gözətçi otağı və ona bitişik, ümumi sahəsi 50 kvadratmetr olan qazanxananın dam örtüyünün bir hissəsi yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.