Serbiya öz qırıcılarını səmaya qaldırdı - İlham Əliyevə xüsusi hörmət

23:49 23.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

 

Hafta.az xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında paylaşıb. 

 

Hava limanında Prezident İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

 

Siyasət rubrikasından digər xəbərlər