Sərt karantin rejiminin ilk günü: metroda sakitlik, şəhərdə sükut-FOTO

16:28 21.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt
Artıq bu gündən sərt karantin rejiminə başlanıldı.
 
Xüsusi karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Masallı, Cəlilabad, Yevlax rayonlarına aid edilib. Vətəndaşlar sms-lə icazə aldıqdan sonra çölə çıxa bilərlər. Bundan əlavə bəzi sahələrdə çalışan insanlar isə portalda qeydiyyatdan keçməklə işə gedib-gələ bilərlər.
 
Hafta.az olaraq Bakı şəhərində vəziyyətlə tanış olmaq istədik, qaydalara əməl olunub-olunmaması ilə bağlı şəhərin bir neçə istiqamətində olduq. Şəhərdə çox az insan var. Demək olar ki, avtobuslarda insanlar tək-tükdür. İnsan izdihamları olan yerlərdə sukut hökm sürür. Parklarda da sakitçilikdir. Qapalı məkan olan metrolarda da vəziyyət bu gün fərqlidir. Ən çox insanların istifadə etdiyi "28 May", "Gənclik", "Nərimanov", "20 Yanvar" stansiyalarında insanaların sayı barmaqla sayılacaq qədərdir.
 
Bəs şəhərdə olan və metro, avtobuslardan istifadə edən insanlar sosial məsafə və digər izolyasiya qaydalarına əməl edirlərmi? Gördüyümüz odur ki, metrolara maskasız minməyə icazə verilmir. Avtobuslarda isə fərqlidir. Maska taxıb-taxmamaq insanların ixtiyarına verilib. Taxmayanlar daha çoxdur. Şəhərdə restoran, kafe və geyim mərkəzləri bağlıdır. Dönət satılan yerlər isə fəaliyyətini davam etdirir. Yəqin ki, aidiyyəti orqanlar bununla bağlı tədbirlər görərlər. Ona görə ki, o yerlərə daxil olub, sosial izolyasiya qaydalarına əməl etməyən insanlar kifayət qədərdir.