Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Şuşa şəhərində səfərdə olub.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov twitterdə paylaşım edib.
"Gəzinti zamanı qonağa erməni işğalı nəticəsində dağıdılmış və bu gün bərpa edilməkdə olan tarixi abidələr, tikilən yaşayış kompleksləri haqqında geniş informasiya verilib", - A.Kərimov qeyd edib.