Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ramazan ayı ərzində Kral Fəhd Kompleksi tərəfindən 22 ölkədəki dini xidmətlər attaşeləri, İslam mərkəzləri və bildiriş idarələri üçün 76 dildə çap edilmiş bir milyon nüxsə Qurani-Kərimin paylanmasına icazə verib.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri və Kral Fəhd Kompleksi Quran mətbəəsinin direktoru Dr. Əbdüllətif bin Əbdüləziz əl-Şeyx İslam və müsəlmanlara xidmətdə öz yüksək missiyasını yerinə yetirmək və həyata keçirməkdə Səudiyyə rəhbərliyinin dini xidmətlər attaşeləri, İslam mərkəzləri və təbliğat idarələrinin dəstəyini yüksək qiymətləndirib.
Nazir Səudiyyə Ərəbistanının Qurana xidmət edən hər şey üçün səylərinin davamı olan bu addımın Quranın dünyadakı milyonlarla müsəlmana çatdırılmasına töhfə verəcəyini vurğulayıb.
Səudiyyəli nazir həmçinin deyib: “Nazirlik Qurani-Kərimin İslam mərkəzlərinə ən yüksək standartlarda və vaxtında çatdırılmasını təmin etmək üçün Səudiyyə Ərəbistanının bu ölkələrdəki səfirlikləri ilə koordinasiyalı işlərə başlayıb”.