Su kanalında batan şəxsin meyiti tapılıb

11:07 24.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.