Sumqayıtda keçmiş məhkumdan bir kiloqrama yaxın heroin götürülüb

18:45 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şamilov saxlanılıb. Axtarış zamanı ondan 910 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.