Sumqayıtda qadın dəm qazından boğularaq öldü

10:41 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda dəm qazından boğulma hadisəsi olub.

Hafta.az-a daxil olan məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində bağ evlərində baş verib.

1961-ci il təvəllüdlü Orucova Hökümə Gülbala qızı dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.