Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saat 07:20- 07:40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən hafta.az-a bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilib.
Hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.