Şuşa rayonu istiqamətindəki mövqelərimiz atəşə tutulub

21:00 13.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 13-ü saat 19:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Siyasət rubrikasından digər xəbərlər