Şuşadakı "xruşovka"ların hamısı sökülüb - Açıqlama

17:33 16.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşadakı "xruşovka" adlanan beşmərtəbəli binaların hamısı sökülüb.

Bu fikirləri hafta.az-a Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin sabiq müdiri, hazırda orada mədəniyyət abidələrinin bərpası prosesində iştirak edən Zahid Abbasov deyib:

"O binaların yerində ya yenisi tikiləcək, ya da yeni layihələr əsasında parklar salınacaq.

Şuşa xüsusi memarlıq üslubu ilə tikilib və orda heç nə dəyişilməyib. İndi də yeni plandan görünür ki, həmin o memarlıq üslubunun qorunmasına çalışılacaq. Düzdür, şəhərin müəyyən hissələrində yeni tikililər tikmək olar və düşünürəm ki, tikiləcək. Amma qalan o köhnə məhəllələr, tarixi abidələr necə var, elə də təmir olunacaq. Bu da çox müsbət haldır".