Təhsil nazirindən intihar edən məktəblilərlə bağlı paylaşım

21:00 09.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil naziri Emin Əmrullayev intihar edən məktəblilərlə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında hadisədən kədərləndiyini bildirib.

 “Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”