Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi davam etdirilir

14:39 11.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət edilən mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.

Bu barədə hafta.az-a nazirlikdən məlumat verilib. “Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərin elektron yerdəyişməsi sistemində nə üçün yoxdur?” sualına cavab olaraq layihə çərçivəsində bildirilib ki, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə şagird qəbulu ildə bir dəfə - tədris ili başlamazdan əvvəl müsabiqə yolu ilə aparılır.