Yazını böyüt
Yazını kiçilt
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və magistrantı Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər.
MDU-dan bildirilib ki, ekskursiya zamanı tələbələr muzeyin fəaliyyəti ilə yaxından tanış olub və burada qorunub saxlanılan eksponatlara baxış keçiriblər.
Tarix Muzeyi ilə tanışlıq maraqla qarşılanıb.
Qeyd edək ki, ekskursiya Mingəçevir şəhərinin yaradılmasının 74 illiyi münasibətilə təşkil olunub.