Yazını böyüt
Yazını kiçilt
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb.
Elm və Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, müsahibələrə 775 nəfər dəvət edilib.
Oktyabrın 28-dək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.