Terrorçu dövlətə qarşı bütün qanuni vasitələrdən istifadə olunmalıdır - Etibar Məmmədov

18:00 31.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Görünən odur ki, İran terroru müdafiə etmək  xəttindən əl çəkməyib. İranda molla rejimi qurulandan bəri ilk dəfə deyil ki, diplomatik missiyalara, səfirliklərə qarşı hücumlar baş verir. Vaxtilə ABŞ səfirliyinə kütləvi silahlı hücum olub, Səudiyyə Ərəbistanı səfirliyi işğal olunub. Britaniya səfirliyinə də hücumlar olub. Və s. və i.a. Yəni İran artıq özünü terrorçu dövlət kimi tanıdıb. Ona görə də belə terrorçu dövlətə qarşı bütün qanuni vasitələrdən istifadə olunmalıdır”.

Bunu hafta.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov söyləyib.

“İran Azərbaycanı çoxdan bir dövlət olaraq təhdid edir. Azərbaycana qarşı kiminlə əlaqə saxlayıb, kiminlə əlaqə saxlamaması haqda şərtlər qoyurdu. Halbuki, İran və İsrail rəsmən müharibə səviyyəsində olmasa da, Azərbaycanın Təl-Əvivdə səfirlik açmasına da maneçilik törədilirdi. Tehran Azərbaycanı sionizmi müdafiə etməkdə ittiham edirdi. Və özü isə Azərbaycan ərazisinin böyük bir hissəsini işğal etmiş Ermənistanla qardaşlıq edib və edir. Bu işğalçı ölkənin müharibə dövründə rəsmi Tehran tərəfindən həm hərbi-siyasi, həm iqtisadi baxımdan müdafiə olunması artıq açıq-aşkar bir faktdır. Və bu 30 ildən çox işğal dövründə də İran ərazisindən işğal olunmuş Azərbaycan əraziləri istiqamətində bir çox qanunsuz fəaliyyətlər göstərilib” – deyə davamında Etibar Məmmədov vurğulayıb.

Oxunma sayı 78
Siyasət rubrikasından digər xəbərlər