Tovuzda iki nəfər Kürdə batdı

14:10 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda iki nəfər Kür çayında batıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.