“Türk Dövlətləri Təşkilatının güclənməsi üçün işlər görülməlidir” – Rəcəb Tayyib Ərdoğan

13:30 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Hazırda Türk Dövlətləri Təşkilatının bu nöqtəsində atdığımız bir addım var. Onu təkmilləşdirmək və gücləndirmək üçün daha çox işlər görülməlidir. Qarşıda bizi Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Zirvə toplantısı gözləyir. Əgər qeyri-adi heç nə baş verməsə, mən də liderlərin bu sammitində iştirak edəcəyəm”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində deyib.

Dövlət başçısı əlavə edib ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Türküstan Zirvəsində iştirakının vacibliyini ona bir daha xatırladıb. O da təkrar cavab verib ki, fövqəladə bir məsələ çıxmazsa, mütləq gələcək.

Azərbaycanda səfərdə olarkən də prezident İlham Əliyevlə görüşdə Türküstan Zirvəsindən söz düşdüyünü dilə gətirən dövlət başçısı qeyd edib ki, türk cümhuriyyətləri Türküstanda bir araya gəlsələr, bu və ya buna bənzər məsələlərin müzakirəsi məqsədə uyğun olardı.

“Bunları həll etməyin, şübhəsiz ki, faydaları var. Çünki biz Demokratiya və Azadlıq Adasında Türk Dövlətləri Təşkilatının addımını atdıq. Biz bunu inkişaf etdirməliyik. Bu addımı atıb ora vergül qoysaq yox. Nə edirsənsə, buna son qoymalısan, sonra onu emal etməlisən. Bu andan etibarən Türk Dövlətləri Təşkilatındakı proseslər bizi daha da sürətlə gücləndirəcək” deyən prezident Ərdoğan bildirib ki, Türk Dövlətləri Təşkilatının böyük gücə ehtiyacı var.

Siyasət rubrikasından digər xəbərlər