Türk məktəbində sos: Sinifdə 2 türk, 3 iranlı, 1 əfqan uşaq var, qalanları ruslardır

12:20 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatı Türkiyədə məskunlaşan Rusiya vətəndaşlarının övladlarının məktəbdə qarşılaşdıqları problemləri gündəmə gətirib. Bir neçə ildir ölkədə yaşayan, eləcə də yeni Türkiyəyə gələn Rusiya vətəndaşlarının yaşayış icazəsi almaqda çətinlik çəkdiklərinə diqqət yönəldən “Moskovskiy komsomolets” qəzeti rusiyalı uşaqların məktəblərə adaptasiyasının çox çətin olduğunu yazır. 

Hafta.az-ın yazdığına görə, qəzetə danışan Rusiya vətəndaşı “Biz də yaşayış icazəsini uzatmalıyıq. Rusiya vətəndaşları çoxlu rədd cavabı alırlar. Uşaqlarımız türk məktəbinə getməyə başlayanda bizi niyə burada istəmədiklərini başa düşürük" deyib.

Övladlarının Türkiyədə ibtidai məktəbə getdikləri ilk gün məktəbdə rusca söyüş öyrəndiyini izah edən rus ana, “Məktəbə gedən uşaqların yarıdan çoxunun ana dili rusca olan uşaqlar olduğunu öyrəndik. Müəllimin nə dediyini başa düşmürlər, dərsdə darıxırlar. Burada bir-birimizə dəstək olmalıyıq. Amma bizim uşaqlarımız daha dəyərlidir. Sinifdə cəmi iki türk, üç iranlı və bir əfqan uşaq var, qalanları isə ruslardır” deyə bildirib.

Rus şagirdlərin valideynlərinin davamlı olaraq öz aralarında mübahisə etdiyini qeyd edən rus mühacir, “Ana dili rus olan bəzi uşaqlar yerli adət-ənənələrə hörmətsizlik edir. 9-11 yaşlı uşaq sanki öz valideynlərini təqlid edir" deyib.

Türkiyədə əcnəbilərin cəmləşmədiyi bölgələrdə ruslara oturma icazəsi verilmədiyi bildirilən xəbərdə bu gün Antalyada ibtidai məktəblərdə 3889 rus şagirdin olduğu və bu uşaqların çoxunun dərsləri anlamadığına, amma buna baxmayaraq sürəkli şəkildə ölkəyə yeni rus ailələrin gəlməsinə də diqqət çəkilib.