Yazını böyüt
Yazını kiçilt
"Türkiyə ilə Azərbaycan bir-birini tamamlayan iki qardaş dövlətdir".
Hafta.az-ın yazdığına görə, bu sözləri qardaş ölkənin Müdafiə Sənayesi Başqanı İsmayıl Dəmir yerli mediaya açıqlamasında deyib. Bildirib ki, iki qardaş ölkənin daha sıx əməkdaşlıq etməsi vacibdir və öz sahələrində əlaqələrin inkişafına maksimum səy göstərəcəklər. "Bir halda ki, Azərbaycandan söz düşəndə "Bir millət, iki dövlət" deyirik, ona uyğun da davranmalıyıq. İHA nümunəsindən söz açım. Hesab edirəm ki, Azərbaycanda İHA zavodu tikmək çox yaxşı olardı. Bunu edərsək, əlimizdəki ehtiyyatlardan daha qanedici istifadə edərik", - deyib İ.Dəmir.