Türkiyə prezdentinin Azərbaycana səfəri qardaşlığın bariz nümunəsidir - Elman Nəsirov

12:29 13.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Tarixin ən çətin zamanlarında bu iki dövlət bir-birinin yanında olub. Heç kəs tarixin ən mürəkkəb çağlarında Türkiyənin Azərbaycanın, Azərbaycanın isə Türkiyənin yanında olduğunu unutmayacaq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri və iki ölkə arasında mövcud əlaqələrin dostluq, qardaşlıq müstəvisində daha da inkişafı istiqamətində etdiyi çıxışında bildirib:

“Türkiyə Prezdentinin seçiləndən sonra ilk səfəri Azərbaycana etməsi dostluq, qardaşlığın bariz nümunəsidir. Bu, iki ölkə arasında qurulan əməkdaşlığın inkişafı, regionda sülhün, təhlükəsizliyin formalaşması ilə bağlıdır. Türkiyə Prezidentinin səfəri Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Siyasət rubrikasından digər xəbərlər