Türkiyə hökuməti martın 18-də başa çatacaq “taxıl müqaviləsi”nin uzadılması üzərində işləyir, Xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, "Türkiyə taxıl sövdələşməsinin problemsiz davam etməsi üçün səylər göstərir". Çavuşoğlu “mütəmadi olaraq problemlər yarandığını” deyib və əlavə edib ki, belə vəziyyətlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparır.
Siyasətçi taxıl sazişinin ikinci uzadılmış müddətinin martın ortalarında başa çatdığını xatırladıb və Ankaranın onun uzadılması üçün səylər göstərdiyini qeyd edib. Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında "Bunun dünyanın ərzaq təhlükəsizliyi və ehtiyacı olan ölkələr üçün nə qədər vacib olduğunu bilirik" deyib.