Türkiyədə 4,9 maqnitudalı zəlzələ olub

08:42 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:05-də, 4,9 maqnitudada qeydə alınıb. Zəlzələ İstanbul və İzmirdə hiss edilib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.