Yazını böyüt
Yazını kiçilt
TÜİK mənzil satış statistikasını açıqlayıb. Buna görə Türkiyədə xaricilərə mənzil satışları aprel ayında əvvəlki ilin eyni ayına görə yüzdə 50,3 azalıb.
Hafta.az-ın yazdığına görə, ötən ay əcnəbilərə ümumilikdə 1272 ev satılıb. Sözügedən ayda xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,7 faiz olub. Əcnəbilərə ən çox ev satılan vilayət Antalya, ikinci yerdə isə müvafiq olaraq İstanbul və Mersin gəlir.
Yanvar-aprel aylarında xarici vətəndaşlara mənzil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4 faiz azalıb.
Milliyətlərinə görə, ən çox ev satışı Rusiya vətəndaşlarına edilib. Ruslar Türkiyədən 293 ev alıb. Rusları 117 evlə İran, 91 evlə Ukrayna və 70 evlə Almaniya vətəndaşları izləyib.