Ramazan bayramında Türkiyədə dövlət tərəfindən təqaüdçülərə ayrıca bayrampulu veriləcək.
Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat Bilgin məlumat verib. Nazir deyib ki, təqaüdçülərə 1100 lirə (Azərbaycan pulu ilə 127 manat) bayram xərcliyi veriləcək. Hər bir təqaüdçü həmin pulu 28-29 aprel tarixlərində ala biləcəklər.
Nazir deyib ki, sadəcə bayramda ödəniləcək vəsait üçün büdcədən əlavə 25 milyard lirə ayrılıb. O qeyd edib ki, bayrampulunun məbləği hazırda bir adam üçün 1100 lirə olsa da, gələcəkdə rəqəmin yüksələ bilməsi mümkündür. Çünki prezident Rəcəb Tayyib Ərdoğan insanları sevindirmək üçün mütəmadi olaraq sürpriz qərarlara imza atır.
Minimum əməkhaqqının artırılıb-artırılmayacağı məsələsinə toxunan nazir bildirib ki, hələlik belə bir müzakirə aparılmır. Amma 3600 lirə əlavə hesablama məsələsi ilin sonunadək tamamlanacaq.