Türkiyədə zəlzələ ilə bağlı müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib

13:50 26.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə baş verən zəlzələdən sonra oradakı səfirlik və baş konsulluqlarımız vasitəsilə qardaş ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanılıb.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Türkiyədə dağıdıcı zəlzələ baş verdikdən dərhal sonra Azərbaycanın aidiyyəti orqanlarının müxtəlif istiqamətlərdə hərəkətə keçdiyini diqqətə çatdıran nazir deyib: “Ən əsas məqamlardan biri Azərbaycan Prezidentinin tapşırığına əsasən böyük bir qrup xilasedicilərin, həkimlərin zəlzələ bölgəsinə yollanmasıdır. Məhz Azərbaycanın ən böyük heyətlə qardaş ölkəyə yollanmasında əsas məqsəd, maksimum sayda insanın xilas edilməsi idi. Yalnız Azərbaycan xilasediciləri tərəfindən 50-dən çox insan xilas edilib”.

C.Bayramov vurğulayıb ki, konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib.

Siyasət rubrikasından digər xəbərlər