Yazını böyüt
Yazını kiçilt
Ermənistan vətəndaşı 9 milyon rubl(təxm. 22,4 min dollar) dəyərində, çəkisi təxminən 2 kq (999 ayarlı) olan xalis qızıl boyun zəncirini Rusiyadan Türkiyəyə aparmağa cəhd edib.
Hafta.az xəbər veri ki, bu haqda Rusiya teleqram-kanalları məlumat yayıb.
Məlumatda deyilir ki, bahalı zinət əşyasını boynuna taxıb və qalın paltarın altında gizlədib, lakin emosional davranışla özünü biruzə verib.
Məlumata görə, Vnukovo gömrükçülərinin Türkiyəyə uçmağa hazırlarkən saxladığı şəxs 32 yaşlı Ermənistan vətəndaşıdır.
Faktla bağlı qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb, şəxsi 7 ilə qədər həbs cəzası gözləyir.