Twitter təxribat ehtimalına görə ofislərini bağlayıb

13:38 18.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Eyni adlı sosial şəbəkənin sahibi olan “Twitter” yeni ixtisar dalğası fonunda bəzi işçilərin “şirkəti sabotaj edə biləcəyi” qorxusu səbəbindən cümə axşamı ofislərini bağlayıb. Bu barədə hafta.az Business Insider portalına istinadən xəbər verir.

Portalın məlumatına görə, şirkətin ofislərinin müvəqqəti bağlandığı barədə bütün işçilərə məlumat verilib və onları tərk etmək tələb olunub. Ofis işlərinin noyabrın 21-də bərpa olunacağı gözlənilir.
Əvvəllər oxşar tədbirlər şirkət Elon Musk tərəfindən alındıqdan sonra şirkətdə ilk ixtisar dalğası zamanı görülmüşdü.

Bu həftə şirkətin yeni sahibi və baş icraçı direktoru Elon Musk şirkətdəki hər kəsə seçim imkanı verib: “Yeni Twitter” yaratmaq üçün əlavə işə və intensiv fəaliyyətə hazırlaşın və ya işdən çıxma haqqı ilə şirkətdən ayrılın. Business Insider-in məlumatına görə, ikinci variantı şirkətin bir neçə yüz işçisi seçib, onlar işdən azad olunmaq üçün ərizə veriblər".