Üçotaqlı evdə yanğın

22:51 11.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.