Ukrayna kəşfiyyatı rusların Haluk Bayraktara qarşı təxribatının qarşısını alıb

09:10 09.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin xüsusi idarəsi Rusiya kəşfiyyatının “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatının qarşısını alıb.

Hafta.az-ın yazdığına görə, məlumatda belə deyilir: "Ruslar məşhur "Bayraktar" pilotsuz təyyarələrini istehsal edən "Baykar" müdafiə şirkətinin yaradıcılarından olan Haluk Bayraktarla əlaqə saxlamağa çalışıblar. Söhbət Ukraynanın baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində "deepfake" texnologiyasından istifadə edilərək yaradılıb. Düzdür, ruslara cənab Halukla gözlənilən söhbət əvəzinə, “Baykar şirkətinin katibi” ilə danışmaq “qismət” olub...".

Bildirilir ki, söhbət zamanı bir neçə dəfə özlərini ifşa edən rus əməliyyatçıların hazırlıq səviyyəsinin aşağı olduğu üzə çıxıb.

Ukrayna tərəfi işğalçı rusların bu yolla Ukrayna - Türkiyə əməkdaşlığını gözdən salmağa çalışdığını bildirib.

Siyasət rubrikasından digər xəbərlər