Yazını böyüt
Yazını kiçilt
Ukrayna F-16 qırıcılarının tədarükü üçün rəsmi olaraq Hollandiya hakimiyyətinə sorğu göndərib. Hollandiya Yayım Korporasiyasının (NOS) məlumatına görə, bunu müdafiə naziri Kaysa Ollonqren bildirib.
Nazirin sözlərinə görə, xahiş başa düşüləndir, lakin yerinə yetirilməsi asan deyil. “Biz amerikalılar və digər müttəfiqlərlə F-16-ların çatdırılmasını müzakirə etməliyik. Nəticələri haqqında ciddi düşünməliyik, bu bir gecədə baş verə bilməz. Biz bu məsələdə dürüst olmalıyıq”, - deyə o bildirib.
Ollonqren gələcəkdə Ukraynanın F-16-ların istifadə olunacağı ölkələrdən birinə çevriləcəyini istisna etməyib. "Ölkə heç vaxt əvvəlki kimi rus qırıcılarını ala bilməyəcək" deyib.